Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus ştammının ölümə səbəb olması barədə hələlik məlumata sahib deyil.
Bunu bazar ertəsi günü təşkilatın Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vuynoviç “Rusiya-24” telekanalının efirində deyib.
“Britaniyalı alimlərdən aldığımız ilk məlumatlar bu virusun daha yoluxucu göründüyündən xəbər verir... Hazırda bunun patogenliyini, xəstəliyin şiddətini, ölümə səbəb olduğunu söyləmək üçün kifayət qədər məlumat yoxdur”, - deyə o bildirib.
Onun sözlərinə görə, ÜST britaniyalı alimlərlə daim təmasdadır.
ÜST tövsiyə edir ki, ölkələr yeni koronavirus ştammının risklərini özləri təhlil etsinlər və hava əlaqəsini məhdudlaşdırmaq və ya sərhədləri keçmək barədə özləri qərar versinlər:
“Sərhədlərin bağlanması və ya bağlanma anına qədər xüsusi bir tövsiyə yoxdur. Ancaq epidemiya ilə məşğul olan orqanlar, hər ölkənin səhiyyə idarəsi yeni koronavirus ştammının idxal riskini təhlil etməli və öz fərdi qərarlarını verməlidir”.