Aktyor Corc Kluni karantin günlərini necə keçirtdiyi haqqında açıqlama verib.
Qadin.Net xarici KİV-nə istinadən xəbər verir ki, verilişlərdən birinə qatılan aktyor karantin günlərində başını ev işləri ilə qatdığını bildirib:
“Mövcud vəziyyətdən şikayət etmirəm amma öyrəşmədiyimiz haldır. Karantin günlərində çox vaxt gülməli hadisələr yaşayırıq. Uzun illər boyunca etmədiymiz işləri görürük. Məsələn: gündə 7 dəfə paltar yuyuram. Yerləri silirəm. Mətbəxdə bütün işlər mənim öhdəmdədir”.
Qeyd edək ki, bir müddət əvvəl Kluni ailə həyatı haqqında açıqlama verərək arvadı ilə heç vaxt mübahisə etmədiyini bildirib.