Qadin.NET / Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 1505 yeni yoluxma

Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 1505 yeni yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 43 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 58 533 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 9 383, hazırkı dövrədək isə 2 073 137 test aparılıb.
Ümumi ölənlərin sayı 2 253 nəfərdir.
Ümumi yoluxanların sayı 203 593 nəfər, ümumi sağalanların sayı 142 807 nəfərdir.

21 dekabr 2020
GO BACK