Qadin.NET / Erməni vandalizmi: 800 illik “Xan çinarı”ndan geriyə qalanlar

Erməni vandalizmi: 800 illik “Xan çinarı”ndan geriyə qalanlar

“Yeddi qardaş xan çinar” Cəbrayıl rayonunda ən uzunömürlü ağaclardan idi. Bunlardan ən məşhuru Cəbrayıl şəhərindəki “Xan çinarı” öz möhtəşəmliyi ilə nəinki yerli sakinləri, hətta Cəbrayıla gələn qonaqları da ilk baxışdan heyran edirdi.
Təbiətin möcüzəsi olaraq bu çinarın köklərindən kəhriz axırdı. El arasında bura “Çinar kəhrizi” deyilirdi. Akademik Həsən Əliyevin “təbiətin möcüzəsi” adlandırdığı bu çinarın yaxınlığında çayxana fəaliyyət göstərirdi.
Erməni işğalı nəticəsində Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılıb, eləcə də, Cəbrayıl şəhərindəki 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan, “Xan çinarı” adlandırılan şərq çinarı kəsilərək məhv edilib

21 dekabr 2020
GO BACK