Qadin.NET / Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi

Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi

Smartfonlar müasir dünyada insanın yaxın dostu halına gəlib, lakin əksər hallarda elektromaqnit radiasiya sağlamlığa mənfi təsir göstərə bilər.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, rusiyalı nevroloq Marat Yakupov bu dalğalardan qorunmağın yollarından danışıb. Həkimin sözlərinə görə, bu, insanların cihazlardan istifadə müddətindən və bədənə nə qədər yaxın tutduqlarından asılıdır. Mütəxəssis elektron cihazların baş ağrısı, yuxusuzluq və əsəbiliyə səbəb ola biləcəyini xatırladıb.

“Elektromaqnit dalğaları daxili toxumaların istiləşməsinə səbəb olur. Mobil cihaz retina, beyin, eşitmə, vestibulyar və görmə strukturları tərəfindən sovrulan təhlükəli radiasiya yaradır”, - Yakupov “Praym” agentliyinə verdiyi müsahibədə deyib.

Nevroloq daha az gücə sahib smartfon seçməyi və cibdə gəzdirməməyi məsləhət görüb. Həkim yatmazdan əvvəl cihazı söndürməyin daha yaxşı olduğunu qeyd edib.

Yakupov ən zərərli anın zəng rejimi olduğunu bildirib. Bu anda radiasiyanın ən yüksək həddə çatdığı barədə xəbərdarlıq edib, buna görə cihazı yalnız abunəçi cavab verdikdən sonra qulağa yaxınlaşdırmağı məsləhət görüb.

21 dekabr 2020
GO BACK