Qadin.NET / COVID-19-un şiddətli keçməsinin səbəbləri

COVID-19-un şiddətli keçməsinin səbəbləri

Alimlər koronavirus xəstələrində qeyri-adi immunitet xüsusiyyəti aşkar edib. Bu da ifraz olunan antikorların viral hissəciklərə hücum etməməsinə, insan bədənini hədəf almasına gətirib çıxarır.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Bu cür təsir ciddi fəsadlara səbəb ola bilər və koronavirus infeksiyasının uzun müddət davam etməsinə gətirib çıxara bilər”, - nəşrdə yazılıb.
Mütəxəssislər sağlam insanlarda və COVID-19 xəstələrində immunitet reaksiyalarını müqayisə edib. İkincisində antiviral müdafiəni bloklayan, faydalı immun hüceyrələri məhv edən və bədənə hücum edən bir çox otoantikor tapıblar.
Sübut edilib ki, qanda nə qədər çox otoantikor olarsa, xəstəlik o qədər ağırlaşır. Koronavirus xəstələrində otoantikor otoimmun xəstəliyi olan insanlardan daha çox olur.

20 dekabr 2020
GO BACK