Qadin.NET / Viktoriya Bekhem xəstəxanalıq oldu

Viktoriya Bekhem xəstəxanalıq oldu

Böyük Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem civədən zəhərlənib.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Mütəxəssislərin fikrincə, zəhərlənmənin səbəbi Viktoriya Bekhemin bu yaxınlarda başladığı balıq pəhrizidir. Belə ki, pəhriz zamanı müğənni qida rasionuna qılınc balığı da daxil edib. Qılınc balığı, civə nisbəti yüksək, ən çirkli dəniz balıqları qrupundandır.
Müğənni özünü pis hiss etdiyi üçün həkimə müraciət edib.
Müayinələrdən sonra məlum olub ki, onun bədənində civənin miqdarı yüksəkdir. Nəticədə müğənni qaraciyər təmizlənməsi proseduru aparmaq məcburiyyətində qalıb.

20 dekabr 2020
GO BACK