Qadin.NET / Üst rəsmisindən KRİTİK PROQNOZ: 2021-ci ilin sonuna qədər...

Üst rəsmisindən KRİTİK PROQNOZ: 2021-ci ilin sonuna qədər...

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qərbi Sakit Okean direktoru Dr. Takeşi Kasai yeni növ koronavirus peyvəndlərinin qısa müddətdə pandemiyaya son qoymayacağını və vaksinasiya problemi yaşana biləcəyini söyləyib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ÜST rəsmisinin sözlərinə görə, Qərbi Pasifik ölkələrində kütləvi vaksinasiyanın başlanğıcı 2021-ci ilin ortalarında ola bilər.

“Peyvənd pandemiyanı yaxın gələcəkdə bitirən gümüş bir güllə deyil. Bəzi ölkələr peyvənd əldə etməkdə çətinlik çəkəcək. Bu səbəbdən risk qrupundakılara üstünlük verilməlidir. Peyvəndləri lazımi miqyasda istehsal etmək üçün investisiya qoya bilsək, 2021-ci ilin sonuna qədər bütün ölkələrdə prioritet əhali qruplarını peyvənd etmək üçün kifayət qədər peyvəndimiz ola bilər. Riskli qrupların xaricində olanlar üçün bu proses 12-24 ay çəkə bilər. O zaman da qeyri-müəyyən və gözlənilməz vəziyyətlər yarana bilər.

Odur ki, indi yorulsaq da, yalnız özümüzü deyil, ətrafımızdakıları da qorumaq, əllərimizi yumaq, maskalar taxmaq, sosial məsafələrə uyğunlaşmaq və çirklənmə riski yüksək olan yerlərdən qaçmaq üçün tədbirlər görməyə davam etməliyik” , - ÜST rəsmisi qeyd edib.

Xatırldaq ki, ÜST 60 yaşdan yuxarı yaş qruplarını və COVID-19 ilə mübarizə aparan səhiyyə işçilərini "risk" qrupu hesab edir və bu qruplara aşı üçün üstünlük verilməsini tövsiyə edir.

20 dekabr 2020
GO BACK