Monakonun 42 yaşlı knyaqinyası Şarlen oğlu şahzadə Jak və qızı şahzadə Qabriella ilə ənənəvi Milad tədbirinə qeyri-adi imici ilə gəlib.
Kral II Albertin xanımı saçlarını qızılı-qəhvəyi rəngə boyadaraq, bir tərəfini keçəl qırxıb.
Qadin.Net bildirir ki, Bu barədə “Spletnik” xəbər yayıb.
O, kraliyyət ailəsinin stilində belə qeyri-adiliyə yol verən ilk nümayəndəsi olub.
Tədbir zamanı knyaqiniya krallığın balaca təbəələrinə milad hədiyyələri paylayıb.
Şarlenin yeni byuti-imici sosial şəbəkələrdə maraqla qarşılanıb.