COVID-19-u yüngül simptomlarla keçirən insanların sağaldıqdan sonra müəyyən qisminin ürəyində patoloji dəyişikliklər yarandığı elmi tədqiqatlarla sübut olunub.
Mütəxəssislər yarana biləcək fəsadların vaxtında qarşısının alınması üçün xəbərdarlıq edir. Elmi tədqiqatlara əsasən, koronavirus insanlara sağalandan sonra da müəyyən problemlər yaradır.
COVID-19-dan sağalan şəxslərdə ürək, beyin, onurğa beyni və digər orqanlarında müxtəlif fəsadlara rast gəlinir.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev COVID-19-un insan orqanizmində qoyduğu izlərdən danışıb.