Qadin.NET / Zahid Oruc: “1,5 -2 milyon vətəndaşımızı işğaldan azad olunan ərazilərdə yerləşdirməliyik”

Zahid Oruc: “1,5 -2 milyon vətəndaşımızı işğaldan azad olunan ərazilərdə yerləşdirməliyik”

“Biz yüz minlərlə insanı Qarabağda təhsilə cəlb edərək orada təhsil müəssisələrimizi, universitetlərimizi qurmalıyıq”.
Qadin.Net “Report”-a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, məcburi köçkünlərlə yanaşı, 1,5 -2 milyon vətəndaşımızın Böyük qayıdışla azad olunan torpaqlarımızda yaşamasına imkan yaratmalıyıq:
“Hesab edirəm ki, Qarabağda yaşayan insanlara dövlət dəstəyi olmalıdır”.

18 dekabr 2020
GO BACK