Qadin.NET / COVID-19 xəstələri dərmanlarla təmin edilmir? - RƏSMİ AÇIQLAMA

COVID-19 xəstələri dərmanlarla təmin edilmir? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə evdə müalicə alan koronavirus xəstələrinə dərmanların pulsuz verilməməsi barədə məlumat paylaşılıb.
COVID-19 testi pozitiv çıxan şəxsin dərmanı pulsuz almaq hüququ olsa da, iddia edilir ki, bunun üçün 53 manat ödənilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, evdə müalicə alan vətəndaşlara dərmanlar pulsuz şəkildə verilir:
“Vətəndaşın paylaşdığı dərman paketi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə məxsus deyil. TƏBİB olaraq biz yalnız regionlar üzrə koronavirus xəstələrinə dərman paketi təqdim edirik”.

18 dekabr 2020
GO BACK