Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 24 TV-nin canlı yayımında Qarabağ sazişinin Cənubi Qafqaza müsbət təsirindən bəhs edib.
O qeyd edib ki, Qarabağ məsələsindən sonra Ermənistanla bağlı ardıcıl müsbət mesajlar veririk. Bu barədə cənab Rəcəb Tayyib Ərdoğan Bakıdakı çıxışı zamanı da deyib.
“Cənubi Qafqazdakı vəziyyətin bu cür həllindən həm Ermənistan, həm də erməni xalqı faydalanacaq. Amma başqa ölkənin torpaqlarına göz qoymağa, düşmənçiliyə davam etdirərsə bu olmaz”.