Azərbaycanda koronavirusa (COVID-19) 4124 yeni yoluxma faktı qeydə alınıb, 4205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 38 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 62 308 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 17 426, hazırkı dövrədək isə 2 016 003 test aparılıb.
Ümumi ölənlərin sayı 2 088 nəfərdir.
Ümumi yoluxanların sayı 191 460 nəfər, ümumi sağalanların sayı 127 064 nəfərdir