Ümumtəhsil müəssisələrində şagirdlərin birinci yarımilinin nəticələrinin hansı formada qiymətləndirilməsi ilə bağlı qərar layihəsi artıq hazırdır.
Bu barədə Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı Təhsil Nazirliyinin Kollegiya qərarının layihəsi hazırlanaraq rəy və təkliflərin verilməsi məqsədilə aidiyyəti struktur bölmələrə və qurumlara təqdim olunub.
Yaxın zamanlarda bununla bağlı ətraflı məlumat veriləcək.