Qadin.NET / Məşhur aktrisa koronavirusa yoluxdu

Məşhur aktrisa koronavirusa yoluxdu

Aktrisa Aslı Tandoğan və həyat yoldaşı Cahit Tan Yeşilada koronavirusa yoluxub.
Qadin.Net Türkiyə KİV-nə istinadən bildirir ki, Tandoğan qayınatasının yasında ailəliklə virusa yoluxduğunu söyləyib.
Aktrisa 40 yaşlı həyat yoldaşı Tan Yeşiladanın xəstəliyi ağır formada keçirdiyini deyib. Tandoğan baş verənlərlə bağlı sosial media hesabında paylaşım edib.
“Dekabrın 2-dən sonra COVID-19-dan müalicə olunuruq. Demək olar ki, artıq müalicənin son günlərindəyik. Cahit də bu virusa yoluxdu. 13 gün xətəxanada yatmalı oldu” deyə, Asılı bildirib.

18 dekabr 2020
GO BACK