Qadin.NET / Conni Depp "qara siyahı"ya düşdü

Conni Depp "qara siyahı"ya düşdü

Dünyaca məşhur aktyor Conni Depp karyerasında geriləməyə davam edir.
Qadin.Net "The Hollywood Reporter"ə istinadən xəbər verir ki, aktyor eks həyat yoldaşını döydüyü iddialarına görə "The Sun" nəşrinə qarşı məhkəməni uduzduqdan sonra "Fantastik canlılar 3" və digər layihələrdəki baş rollardan məhrum olunub.
Hazırda kinostudiyalar onunla əməkdaşlıq etməkdən də boyun qaçırır. Artıq "qara siyahı"ya salınan Hollivud ulduzları sırasında yer alan Conni Depplə çalışmaq şirkətlər üçün böyük məsuliyyət tələb edir.

17 dekabr 2020
GO BACK