Qadin.NET / "Titanik" filminin bilinməyən bəzi məlumatları

"Titanik" filminin bilinməyən bəzi məlumatları

1997-ci ildə ekranlara çıxan "Titanik" filmini yəqin ki, izləməyən və haqqında bilməyən yoxdur. Filmi ərsəyə gətirmək üçün və gəminin görünüşünü yaratmaq üçün Meksikanın "Baja California" əyalətindəki "Rosarito Beach" sahilində nəhəng bir gəmi forması yaradılmış və bütün kino burada çəkilmişdir.

Bu nəhəng görünüşlü gəmini yaratmaq üşün nə az- nə çox 200 milyon dollar sərf edilmişdir. 1997- ci ildə bu məbləğ olducqa çox böyük xərc kimi qiymətləndirilmişdir. 231 metr uzunluğundakı bu nəhəng gəmi forması əsl "Titanik" gəmsindən cəmi 39 metr geri qalırdı. Belə ki, əsl "Titanik" gəmisinin uzunluğu 270 metr olub. 11 min insanın əl əməyi ilə düzəldilən əsl "Titanik"dən fərqli olaraq 1997 -ci ildəki film üçün yaradılan bu gəmidə o illərin ən yaxşı texnikasından istifadə olunmuşdur.

Filmin çox hissəsi suda çəkildiyinə görə çox aktyor və akrtisa roldan imtina etmişdi, hətta məşhur Rose, yəni Rouz çox kadrlara suda çəkildiynə görə bərk xəstələnmişdir. Filmdə Rouzun şəkilini çəkənin guya Di Caprio olduğu göstərilsə də, əslində bu filmin yaradıcısı Ceyms Kamronun öz əlləridir. "Titanik" bugünə qədər çəkilən ən çox baxılan filmdir. 16 həftə dayanmadan bütün kinoklublarda izlənilib. "Ən bahalı" və "Ən çox gəlir gətirən" film kimi tarixə düşən "Titanik" 1997-ci ildə 2 milyard dollar gəlir gətirib və dünya kinomatoqrafiyasında 12 il ardıcıl "Ən çox gəlir gətirən film" kimi tarix yazıb.

11 Oskar alaraq "Ən çox oskara layiq görülən 2- ci film" kimi kino tarixinə adını yazdırmışdır.

Bugünə kimi də öz məşhurluğunu qoruyur. Musiqisi ilə dünyada tanınır. Musiqisini Cemsy Horner (təəssüf ki Ceyms Horner 2015 ci ildə özünün balaca təyyarəsi ilə uçuz zamanı qəza keçirib və həyatın itirib) yazmışdır.

Mahnını Selin Dion adlı dünyaca məşhur müğənni ifa etmişdir. Bu günə kimi 26 milyon dəfə izlənib.

Bir faktı da qeyd edim ki, filmdəki Rouz, yəni Keyt Vinslet "Tiatnik" filminin mahnısını sevmir və heç zaman o musiqiyə qulaq asmır.

Keyt Vinslet və Leonardo Di Carpio indiyənədək dost olaraq qalırlar  və arabir şəkil paylaşaraq izləyicilərini sevindirirlər.

İkinci xəbərimi də bu şəkildə yazdım. İnanıram ki, bəyənilər.

Oxuduğunuz üçün təşəkkür edirəm. 

23 dekabr 2020
GO BACK