Qadin.NET / Azərbaycanın alacağı koronavirus peyvəndi ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanın alacağı koronavirus peyvəndi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Ölkələrin peyvənd satın alması üçün ÜST-ün təsdiqinə ehtiyacları yoxdur”.
Qadin.Net-in məlumatına görə, bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
O bildirib ki, yeni çıxan vaksinlərlə bağlı təsdiq prosesindən keçmiş bir peyvənd yoxdur:
“Hazırda hər şey yenidir. ÜST yaxın zamanda təcili vəziyyət üçün vaksinlərin satın alınması və istifadəsi üçün lazımi tövsiyələrini açıqlayacaq. bunu izləyə bilirsiniz”.
“Azərbaycana hansı vaksin gəlirsə-gəlsin,biz onların ümumi olaraq faydalı olacağını düşünürük”, - deyə o qeyd edib.

17 dekabr 2020
GO BACK