Qadin.NET / Koronavirus peyvəndini tapan türkiyəli alimlər “ilin adamı” seçildilər

Koronavirus peyvəndini tapan türkiyəli alimlər “ilin adamı” seçildilər

Koronavirus peyvəndini tapan “BioNTech”in qurucuları- türkiyəli alimlər Professor Uğur Şahin və Özlem Türeci “ilin adamı” seçiliblər.
Böyük Britaniyanın “Financial Times” (FT) nəşri onları ilin adamı seçib.
Qeyd edək ki, peyvəndi ABŞ əczaçılıq şirkəti “Pfizer” və türkiyəli alim, professor Uğur Şahinin təsisçi ortağı olduğu Alman biotexnologiya şirkəti “BioNTech” hazırlayıblar.
Koronavirusa qarşı 95 faiz effektivlik göstərən “Pfizer/BioNTech” peyvəndinin istifadəsi rəsmi olaraq Böyük Britaniya və ABŞ kimi nəhəng dövlətlərdə təsdiqlənib.

16 dekabr 2020
GO BACK