Qadin.NET / Azərbaycanla Türkiyə arasında yeni təbii qaz kəməri qurulur - VİDEO

Azərbaycanla Türkiyə arasında yeni təbii qaz kəməri qurulur - VİDEO

Azərbaycanla Türkiyə arasında yeni bir təbii qaz kəməri qurulur.
Qadin.Net bildirir ki, “Haber Global” məlumat verir ki, Naxçıvana təbii qaz tədarük edəcək layihə iki ölkənin enerji nazirləri arasında imzalanacaq.
Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fateh Dönməz və Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Naxçıvan Muxtar Respublikası ilə Təbii Qaz Təminatı üzrə Anlaşma Memorandumu imzalayacaq.
İmzalanma mərasimindən əvvəl çıxış edən Şahbazov deyib:
“İki ölkə enerji sahəsində nəhəng layihələrə imza atırlar.
Azərbaycan Türkiyəyə 18 milyard dollarlıq sərmayə qoyub”.

15 dekabr 2020
GO BACK