Qadin.NET / Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA

Nə vaxtadək maska taxacağıq? - TƏBİB-dən AÇIQLAMA

“Maskalardan istifadə əhalinin böyük hissəsi vaksinasiya olunanadək davam etdirilməlidir”.
Qadin.Net -in məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə vaksin iki dozada vurulur:
“İkinci dozadan 2-3 həftə sonra immun yaranır. Buna görə əhalinin böyük hissəsi vaksinasiya olunana qədər maska taxılmalıdır”.
O qeyd edib ki, vaksinin alınması üçün sərf olunan vəsait şəffaf şəkildə açıqlanacaq.

16 dekabr 2020
GO BACK