Yaponiyada, ənənəvi olaraq bitən ilin simvolu olan heroqlifi seçilib. Bu 2020-ci ildə “sıx”, “dar” mənasını verən “Mitsu” simvolu oldu.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
Yaponiyada koronavirus pandemiyasına qarşı mübarizə zamanı məmurlar tərəfindən “üç Mitsu” (“sanmitu” və ya “Mitsu-no Mitsu”) ifadəsi çox işlənib. Bir çox şəhərlərdə isə “üç mitsu” təsviri olan bannerlər asılıb.
Seçim koronavirus pandemiyası üçün üç tövsiyə - insanların sıx torlaşdığı yerlərdən, dar məkanlardan və insanlar arasında sıx görüşmələrdən çəkinmə ilə əlaqədar edilib.