"Sen Çal Kapımı" serialının ulduzları Hande Erçel və Kerem Bürsin kifayət qədər tamaşaçı kütləsinə sahibdir. Sosial mediada paylaşdıqları fotoları və videoları gündəmdən düşməyən ikili bu dəfə də necə tanış olduqlarını açıqlayıb.
Qadin.Net türk mətbuatına istinadən bildirir ki, Hande ilə Kerem ilk dəfə "Sen Çal Kapımı"nın çəkiliş meydanında tanış olublar.
Belə ki, serialın çəkilişləri zamanı ikili ssenarini oxuyurmuş. Həmin vaxt isə Handeyə başqa bir ekran işində rol təklifi gəlib. Bunu bilən Kerem Erçele zəng edərək onu bu layihədə tək qoymamsını söyləyib. Beləliklə onlar tanış olublar.