İsrail və Butan krallığı münasibətlərin normallaşdırılması ilə bağlı müqavilə imzalayıb.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Qeyd olunur ki, son il ərzində iki ölkənin diplomatik kanalları vasitəsilə gizli danışıqlar aparılıb.
Xatırladaq ki, İsrail daha əvvəl Mərakeşlə də münasibətlərin normallaşdırılmasına başlandığını açıqlamışdı.