Qadin.NET / “8 Noyabr” metro stansiyasında son tamamlanma işləri gedir

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri gedir

 Sosial şəbəkələrdə açılışını hər kəsin səbirsizliklə gözlədiyi “8 Noyabr” metro stansiyasının fotosu paylaşılıb.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, göründüyü kimi stansiyada metro tikintisinin xüsusiyyətlərinə uyğun olaraq son tamamlanma işləri gedir.
Belə ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adlandırılıb.
Qeyd edək ki, “8 Noyabr” stansiyası Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşir. Stansiyada 17 eskalator, 3 lift var. Sərnişinlər platformaya enmək üçün iki fərqli səviyyədən keçəcəklər.
İkisi Abdulvahab Salamzadə küçəsi istiqamətində, biri Mərkəzi Hərbi Hospital istiqamətində, digəri isə onun əks istiqamətində olmaqla dörd çıxışdan ibarətdir. Stansiyanın arxasında dönmə kamerası inşa olunub ki, bu da qatarların sayının artırılmasına, hərəkətin intensivliyinin təmin olunmasına imkan verəcək.

12 dekabr 2020
GO BACK