Qadin.NET / Gürcüstanda hökumət tam tərkibdə istefa verdi

Gürcüstanda hökumət tam tərkibdə istefa verdi

 Gürcüstan hökuməti tam tərkibdə istefa verib.
Qadin.Net bildirir ki, bu barədə “Sputnik” xəbər yayıb.
Bu andan etibarən hökumət başçısı və Nazirlər Kabineti icraedici kimi fəaliyyət göstərir.
Konstitusiyaya görə, Gürcüstan parlamentinin yeni hökuməti təsdiqləmək üçün iki həftə vaxtı var. Bu mümkün olmazsa, prezident qanunverici orqanı buraxacaq və erkən parlament seçkiləri təyin edəcək.
İlkin məlumatlara görə, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası Baş nazir vəzifəsinə 2019-cu ilin sentyabrından Nazirlər Kabinetinə rəhbərlik edən Giorgi Qaxariyanın namizədliyini yenidən irəli sürmək niyyətindədir.

11 dekabr 2020
GO BACK