Qadin.NET / “Time” “İlin adamı” adına namizədləri açıqladı

“Time” “İlin adamı” adına namizədləri açıqladı

ABŞ-ın “Time” jurnalı “2020-ci ilin adamı” adına namizədlərin qısa siyahısını açıqlayıb.
Qadin.Net bildirir ki, nəşrin siyahısında dörd namizədin adı göstərilib.
Siyahıya ABŞ Prezidenti Donald Tramp və demokrat Co Bayden, həmçinin ABŞ-ın Baş infeksionisti Entoni Fauçi və pandemiya ilə mübarizədə ön cərgədə dayanan tibb işçiləri daxil edilib.
Namizədlər siyahısında həmçinin Minneapolisdə afroamerikalı Corc Floydun polis əməkdaşları tərəfindən saxlanılarkən öldürülməsindən sonra ABŞ-da başlayan “İrqi Ədalət Hərəkatı” da yer alıb.

12 dekabr 2020
GO BACK