Qadin.NET / Azərbaycan və Türkiyə arasında pasport rejimi ləğv edilir

Azərbaycan və Türkiyə arasında pasport rejimi ləğv edilir

Azərbaycan və Türkiyə vətəndaşları qardaş ölkələr arasında sadəcə şəxsiyyət vəsiqəsilə hərəkət edə biləcəklər.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.
Çavuşoğlu yazıb:
“Qardaşım Ceyhun Bayramov ilə imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimiz ilə səyahət edə biləcəyik. “Bir millət, iki dövlət”ə də elə bu yaraşar! Xeyirli olsun”, - o qeyd edib.

10 dekabr 2020
GO BACK