Donald Trampın qızı İvanka və əri Cared Kuşner ABŞ-ın Mayami şəhərində “milyarderin bunkeri” adlanan Indian Krik sahilində torpaq alıblar. Ərazinin dəyəri 31,8 milyon dollar (54 milyon manatdan artıq) olduğu bildirilir.
Bu barədə “Page Six” xəbər yayıb.
Bağlı və mühafizə olunan özəl İndian Krik adası Floridanın ən təhlükəsiz yerlərindən biri sayılır.
Əraziyə 75 sot torpaq sahəsi və 61 metrlik şəxsi sahil daxildir. Alınan mülk üçün İvanka və Cared ildə 472,8 min dollar (təxminən 803,7 min manat) vergi ödəməli olacaqlar.
Eyni zamanda, cütlük hələ də Nyu-Yorkda bir mənzilə sahibdir, həmçinin Trampın “National Golf Club”nın yaxınlığında (Nyu-Cersi ştatı) koteclərini də genişləndirirlər.