Sabahkı Zəfər paradında Şuşaya sancılan bayrağı meydana gətirəcək şəxsin kimliyi məlum olub.
Bunu paradın ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Modern.az-a müsahibəsi zamanı bildirib.
“Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra ilk komendant Zaur Məmmədov gətirəcək”, - A.Qurbani qeyd edib.