Qadin.NET / Qarabağ qazisinin şəhid övladı: “Mən oğlumdan keçmiş zamanda danışa bilmərəm” - VİDEO

Qarabağ qazisinin şəhid övladı: “Mən oğlumdan keçmiş zamanda danışa bilmərəm” - VİDEO

 Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən 44 günlük zəfər mücadiləsi vətənimizin igid övladları sayəsində inamlı qələbə ilə başa çatıb.
Düşmənin canına qorxu salan, ölümün gözünə dik baxaraq, Vətənimizin bütövlüyünü hər şeydən uca tutanlardan biri də 28 yaşlı şəhid Cavid Həsənovdur.
“Mən onun haqqında keçmişdə danışa bilmərəm, var idi deyə bilmərəm, mənim oğlum indi də var. O, həmişə mənim ürəyimdədir. Vətəni çox sevirdi. Atası birinci Qarabağ Müharibəsinə gedəndə iki yaşı vardı. Həmişə atasının Qarabağda döyüşməsi ilə fəxr edirdi”, - deyir şəhid anası Mirvari Həsənova.
Cavid Həsənovun atası da Qarabağ qazisidir. İkinci qrup əlil olan ata oğlu ilə bağlı düşüncələrini dilə gətirir:

“Müharibənin nə demək olduğunu yaxşı bilirəm. Oğlum çox ağıllı uşaq idi. Yaxşı təhsil almışdı. Neft mühəndisi idi”.

Daha ətraflı AZTV-nin videoreportajında:

9 dekabr 2020
GO BACK