Vətən Müharibəsi bizə xalqımızın bir çox igidlərini tanıtdı. Xalqımızın haqq savaşında zəfər çalmasını labüd edən bu igidlərimizin sayəsində uzun illər düşmən tapdağına qalmış torpaqlarımız azad olundu.
Qadin.Net Baku TV -yə istinadən xəbər verir ki, döyüşün arxa cəbhəyə məlum olmayan, qaranlıq üzü barədə Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Qoşunlarında müddətdən artıq hərbi qulluqçu kimi çalışan Samir Baxışəliyevlə söhbətləşib.
O, Şuşa uğrunda döyüşlərin sirlərindən danışıb, keçilməz yolları necə keçdiklərini, düşmənə endirilən sarsıdıcı zərbələri açıqlayıb:
“Erməninin heç ağlına da gəlməzdi ki, biz o yollarla gedə bilərik”.