Qadin.NET / Şuşa döyüşlərində yaralanmış XTQ döyüşçüsü Zaqatalada coşqu ilə qarşılandı - VİDEO

Şuşa döyüşlərində yaralanmış XTQ döyüşçüsü Zaqatalada coşqu ilə qarşılandı - VİDEO

 44 gün davam edən və mütləq zəfərlə yekunlaşan Vətən Müharibəsində iştirak etmiş qazilərimizdən biri, Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Qurbanov Şəmsəddin Zeynal oğlu doğulduğu Zaqatala rayonunda coşqu ilə qarşılanıb.

Şuşa uğrunda döyüşlərdə yaralanmış qazimizi rayon ictimaiyyəti, ailəsi, dostları və qohumları qarşılayıblar.

Azyaşlı övladını qucağından yerə qoymayan qəhrəmanımız qısaca fikirlərini də bölüşüb.

Vətən uğrunda şəhid olmuş dostlarından bəhs edərkən gözləri dolan Şəmsəddin Qurbanov ölkə başçısının siyasət meydanında qazandığı uğurların davamı olaraq özlərinin döyüş meydanında qələbə qazandıqlarını bildirib.

Ətraflı süjetdə:

8 dekabr 2020
GO BACK