Qadin.NET / İki şəhidimizin övladları dünyaya gəldi

İki şəhidimizin övladları dünyaya gəldi

Vətən müharibəsində şəhid olan iki hərbçimiz - Anar Yusifov və Kənan Məmmədovun bu gün övladları dünyaya gəlib.
Bu barədə Qafqazinfo-ya şəhidlərin yaxınları məlumat veriblər.
Belə ki, şəhid Anar Yusifovun qız övladı dünyaya gəlib. Anar Yusifov Ağdam rayonunun Sarıcalı kəndindəndir. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Digər şəhidimiz gizir Kənan Məmmədovun isə oğlu doğulub. Körpənin adını Rüstəm qoyublar.
Kənan Məmmədov müharibənin ilk günü döyüşərək, qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Onun üzünü görə bilmədiyi oğlundan başqa, bir qız övladı da var.

8 dekabr 2020
GO BACK