Qadin.NET / Qurudulmuş Xarı bülbülün kədərli hekayəsi: “Qardaşım itkin düşdü, Xarı bülbül bir də olmadı” - VİDEO

Qurudulmuş Xarı bülbülün kədərli hekayəsi: “Qardaşım itkin düşdü, Xarı bülbül bir də olmadı” - VİDEO

İki gün əvvəl sosial şəbəkələrdə fotosu yayılmış qurudulmuş Xarı bülbülün kədərli hekayəsi var.
Hekayənin qəhrəmanı Təranə Tağıyeva 29 ildir ki, bu Xarı bülbülü saxlayır.
O bildirib ki, gülü 1991-ci ildə qardaşı ilə birlikdə dərib.
O qardaşı ki, Birinci Qarabağ müharibəsində itkin düşüb:
“Getdik, dağın başından gülü dərdik, dedim, onu qurutmaq istəyirəm. Qardaşım təəccübləndi ki, nəyə görə qurudursan, gələn il də gəlib yığarıq. Nə gələn il oldu, nə Xarı bülbül”.

8 dekabr 2020
GO BACK