Qadin.NET / Azərbaycanda xəstəxanalarda müalicə alan əsgər və zabitlərimizin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda xəstəxanalarda müalicə alan əsgər və zabitlərimizin sayı açıqlandı - RƏSMİ

“Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından bu günə qədər səhiyyə sistemi gərgin vəziyyətdə, iki cəbhədə fəaliyyət göstərib”.
Qadin.Net-in verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.
O qeyd edib ki, hazırda 919-dan artıq əsgər və zabitin müalicəsi səhiyyə müsissələrində davam etdirilir:
“Onlara qayğının göstərilməsi vəzifələrimizdəndir. Buna görə ölkə üzrə xüsusi karantin rejimi 18 yanvar 2021-ci ilə qədər uzadılıb”.

8 dekabr 2020
GO BACK