Qadin.NET / Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ

Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ

Şuşa şəhərinə ikinci (alternativ) mənbədən içməli su kəməri çəkilir.
Bunu Report-a açıqlamasında “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
“Yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir, bu həftə oradan içməli su Şuşaya çatacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, səhmdar cəmiyyəti Şuşaya içməli suyun verilməsinə noyabrın 25-də başlayıb.

7 dekabr 2020
GO BACK