Əslən Kəlbəcər rayonundan olan Şirin Musayevin məcburi köçkün düşən zaman iki yaşı olub. Orta məktəbi bitirəndən sonra hərbçi olmağa qərar verib. Manqa komandiri vəzifəsinədək yüksəlib. Vətən müharibəsində mərdliklə döyüşüb. Laçın istiqamətində gedən döyüşlərdə əsgərini xilas edərkən yaralanıb.
Qadin.Net Baku TV-yə istinadən xəbər verir ki, Şirin Musayev döyüş zamanı ordumuzun ruh yüksəkliyindən, döyüş əzmindən, düşmənin bizdən dəfələrlə zəif olmasından fəxrlə danışır.
Bu gün qazimiz öz ailəsinin, sevdiklərinin yanına qayıdıb.