Qadin.NET / Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı

Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı

Azərbaycanda koronavirusa (COVID-19) 3086 yeni yoluxma faktı qeydə alınıb, 1781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 43 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 57812 nəfərdir.
Ölkədə son sutka ərzində 10190, hazırkı dövrədək isə 1847191 test aparılıb.
Ümumi ölənlərin sayı 1675 nəfərdir.
Ümumi yoluxanların sayı 149765 nəfər, ümumi sağalanların sayı 90278 nəfərdir.

7 dekabr 2020
GO BACK