Qadin.NET / Şəhid anasından nümunəvi addım: Birdəfəlik yardımı Ordumuza bağışladı

Şəhid anasından nümunəvi addım: Birdəfəlik yardımı Ordumuza bağışladı

İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olan Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini Zülfüqarov Məlik Kamran oğlunun anası şəhid üçün dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.
Yeganə Ədilova 10 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısına da təşəkkür edib.
Evin tək oğlu olan Məlik Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb. Torpaqlarımızı azad etmək uğrunda qəhrəmanlıqla şəhid olub.
19 yaşlı şəhidimiz 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb

7 dekabr 2020
GO BACK