Azərbaycanda Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir. Bu barədə qanun layihələri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qadin.Net Baku TV-yə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.
Azərbaycanda Anım Günü ilə bağlı da Əmək Məcəlləsinə dəyişiklik edilir.
Hər il sentyabrın 27-i Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycanda Anım Günü olacaq.