Vətən müharibəsində qazandığımız qələbəyə görə borclu olduğumuz şəhidlərdən biri də Abbas Əliyevdir.
Qadin.Net “Real TV” yə istinadən bildirir ki, şəhidimiz haqqında süjet hazırlanıb.
Süjetdə A.Əliyevin Füzuli-Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmasından söz açılıb.
Ailəsi qeyd edib ki, Abbasın arzusu Vətən uğrunda döyüşmək olub.
Döyüşlərə könüllü yollanan igidin səkkiz yaşında İsmayıl adında övladı yadigar qalıb.