Qadin.NET / Zeynep Bastık toyunu növbəti dəfə təxirə saldı

Zeynep Bastık toyunu növbəti dəfə təxirə saldı

Türkiyənin tanınmış müğənnisi Zeynep Bastık pandemiya səbəbindən toyunu təxirə salıb.
Z.Bastık nişanlısı Tolga Akış ilə birlikdə verdikləri açıqlamada iki uşaq arzusunda olduqlarını dilə gətirib:
“İki uşaq istəyirik - bir oğlan, bir qız”.
Yazda planladıqları toyu təxirə salan müğənni 2021-ci ili səbrsizliklə gözləyir. O, əgər koronavirus imkan verməsə, sadə nikahla evlənəcəklərini bildirib.

7 dekabr 2020
GO BACK