Azərbaycanın bu vətənə layiq oğulları var. Bunu 44 günlük Vətən Savaşı bir daha sübut etdi. Sübut etdi ki, bu vətən uğrunda canını sipər edənlər yurdu yaşadanlardır.
Sumqayıtlı qazi mayor Rüfət Məmmədov kimi qəhrəmanlarımız da məmləkət tariximizin zəfər salnamələrini yaradanlardır.
Bu ərənlər elə bir qürur səhifəsi yaratdılar ki, qalib Azərbaycanın doğma Qarabağına qovuşmasının, xalqımızın vətən torpağı ilə qucaqlaşmasının sevincini, iftixarını yaşamaqdayıq.
Qazimiz deyir ki, bu yolda qaraca torpağı qanı ilə vətənləşdirib şəhidlik zirvəsinə ucalanlar bizim qürur yerimizdir. Rüfət Məmmədov Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək yaralanıb.
Daha ətraflı Baku TV-nin videoreportajında: