Qadin.NET / Putin süni intellektin prezident olmayacağına ümid edir

Putin süni intellektin prezident olmayacağına ümid edir

 Rusiya Prezidenti Vladimir Putin süni intellektin insanları bütün sahələrdə, o cümlədən dövlət başçısı kimi əvəz etməyəcəyini ümidvar olduğunu bildirib.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Ümid edirəm ki, süni intellekt prezident ola bilməz, istənilən halda ürəyi, ruhu, əzab və vicdanı olana qədər”, - deyə V.Putin bildirib.

V.Putinin sözlərinə görə, bu komponentlər vətəndaşların qərarların qəbulu və həyata keçirilməsində xüsusi səlahiyyət verdiyi insanlar üçün olduqca vacibdir.

5 dekabr 2020
GO BACK