Qadin.NET / Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh edib

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh edib

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi cəbhə xəttinə çevrilməməlidir.
Qadin.Net bildirir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə hökumət başçısı həmyerlilərinə müraciətdə bildirib.
“Hərbi qüvvələrimiz sərhəd boyunca yerləşdirilib. Bu proses insanların anlayışında problemlər yaradır.
Müxtəlif praktik problemlər var, amma bu həll olunan bir məsələdir və biz bunun üzərində işləyirik.
Bundan sonrakı hərəkətlərimiz onu cəbhə xəttinə deyil, həqiqətən, sərhəd halına gətirməyə yönəldilməlidir və biz bu istiqamətdə hərəkət etməliyik”, - deyə Paşinyan bildirib.

5 dekabr 2020
GO BACK