Qadin.NET / 12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı

12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı

Hindistanın paytaxtı Yeni Dehlidə 25 yaşlı Hariş Bansal tərəfindən dizayn edilmiş, 165 qramdan çox çəkisi olan üzük Ginnesin Rekordlar Kitabına düşüb.
Qadin.Net bildirir ki, bununla bağlı “Haber Global” məlumat yayıb.
H. Bansal üzüyü satmağı düşünmədiyini, lakin bu ideyanı iki il əvvəl tətbiq etməyə qərar verdiyini bildirib.
Bu illər ərzində Bansal potensial alıcıların 12 638 brilyantla hazırlanan üzüklə bağlı təkliflərini rədd etdiyini deyib.
Üzüyə “Marigold - Welfare Ring” adı verilib. Bundan əvvəl dünya rekordunun Hindistanda tapılan 7 801 brilyantla hazırlanan üzüyə aid olduğu bildirilib.

5 dekabr 2020
GO BACK