Qadin.NET / Sem Hyuqen ilin ən cəlbedici kişisi oldu

Sem Hyuqen ilin ən cəlbedici kişisi oldu

Şotlandiyalı aktyor Sem Hyuqen “Just Jared” portalının istifadəçilərinin versiyalarına görə ilin ən seksual kişisi olub.
“Didərgin” serialının ulduzuna 914 min insan səs verib.
İkinci yeri “Harri Potter və Yarımqan Prins” filmində Tom Riddl rolunu oynamış 23 yaşlı Xiro Fayns-Tiffin tutub. O, 750 min nəfərin səsini qazanıb.
Üçüncü yeri 45 min səslə Robert Pattinson tutub.
İlk onluğa həmçinin, Henri Kavill, Ceymi Dornan, Tom Ellis, Kris Evans, Sebastian Sten, Kit Xarrinqton və Harri Stayls daxil olub.
Bundan əvvəl, “People” jurnalı ilin ən seksual kişisinin aktyor Maykl B. Cordan olduğunu açıqlamışdı.

5 dekabr 2020
GO BACK