Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, Birinci vitse-prezident Mehriban Əliyeva gül dəstəsi qoyublar.
Azərbaycanın dövlət himni səsləndirilib.